Aİ Rusiyanın 7 bankını SWIFT-dən ayırır

25

Avropa İttifaqının (Aİ) daimi nümayəndələri Rusiyanın SWIFT qlobal ödəniş sistemindən ayrılacaq yeddi bankının siyahısını təsdiqləyiblər.

mobilmedia.az xəbər verir ki, onların arasında VTB, VEB kimi banklar da var.

“Avropa İttifaqının daimi nümayəndələri Rusiyanın yeddi bankını SWIFT maliyyə sistemindən ayırmağı razılaşdırıblar”, – agentlik qeyd edib.

Agentliyin məlumatına görə, Aİ həmçinin “Sovkombank”, “Rossiya” və “Otkritie”, “Novikombank”ı da SWIFT-dən ayırmağa hazırlaşır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin