Bakıda tikilməkdə olan bina çöküb: 2 yaralı

30

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

mobilmedia.az xəbər verir ki, paytaxtın Nərimanov rayonunun Keşlə qəsəbəsində “City Garden” şirkətinin tikilməkdə olan binalarının birinin çökməsi barədə məlumat daxil olub.

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsinin əməkdaşları tərəfindən hazırda hadisə yerinin müayinəsi həyata keçirilir.

İlkin məlumata görə, hadisə zamanı bir neçə şəxs xəsarət alıb.

Yaxın zamanda ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

“Kristal Abşeron” şirkətindən “Report”a bildirilib ki, tikilməkdə olan texniki binanın konstruksiyasında dəyişiklik olduğundan tikilinin ikinci mərtəbəsi şirkət tərəfindən sökülərək uçurdulub: “Nəticədə iki nəfər yüngül xəsarət alıb”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin