Nyu-Yorkda “Xocalıya ədalət” mitinqi keçiriləcək

25

ABŞ-ın Nyu-York ştatında Ermənistanın BMT-dəki daimi nümayəndəliyi qarşısında “Xocalıya ədalət” kampaniyası çərçivəsində səssiz mitinq keçiriləcək.

mobilmedia.az xəbər verir ki, icazəli mitinq Azərbaycan-Nyu-York Assosiasiyasının təşkilatçılığı ilə baş tutacaq.

Təşkilatın sədri Ərcan Yerdələnli “Report”a deyib ki, mitinqin keçirilməsində məqsəd ABŞ ictimaiyyətinin diqqətini Xocalıda, 30 il öncə törədilən qanlı cinayətə çəkmək, Xocalı soyqırımının tanıdılması və bu faciəni törədənlərin hüquqi müstəvidə cinayət məsuliyyətinə cəlb edilməsidir.

Ə.Yerdələnli bildirib ki, mitinqdə həmvətənlərimizin təhlükəsizliyi Nyu-York Polis Departamenti tərəfindən təmin olunacaq.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin