Tehranda ticarət mərkəzində yanğın: 9 yaralı

30

İranın paytaxtı Tehranda ticarət mərkəzində baş vermiş yanğında 9 nəfər xəsarət alıb.

mobilmedia.az-ın məlumatına görə, hadisə ötən gün yerli vaxtla saat 20:30 radələrində Tehranın Tiraje ticarət mərkəzində baş verib.

Yanğın zamanı 9 nəfər xəsarət alıb.

Qeyd edək ki, bu gün Tehranda yaşayış binasında da partlayış baş verib. Partlayış nəticəsində bina çöküb. 19 nəfər xilas edilib. Bir nəfər xəsarət alıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin