İsmayıllıda yol qəzası: ölən var

32

İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

mobilmedia.az  xəbər verir ki, bu gün axşam saat 18:00 radələrində Şamaxı-Muğanlı-İsmayıllı yolunda, İsmayıllı şəhəri ərazisində “QAZ-3110” və “KamAZ” markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində İsmayıllı rayon sakini, 1958-ci il təvəllüdlü Coşquyev Eynulla Xeyrulla oğlu ağır bədən xəsarətləri alıb.

Xəsarət alan şəxs İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılsa da, orada dünyasını dəyişib. (apa)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin