Bakıda yol qəzası baş verib: Ölən var

29

Xətai rayonunun Babək prospektində yolu keçən paytaxt sakini Anar Heydərov Bakı şəhər sakini M.Əsgərovun idarə etdiyi “Mercedes” markalı avtomobillə vurulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, hadisə nəticəsində piyada xəstəxanaya yerləşdirilib. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin