
Braziliyanın cənub-şərqində yerləşən Petropolis adlı bölgədə leysan sel və torpaq sürüşməsinə səbəb olub.
mobilmedia.az xəbər verir ki, təbii fəlakət nəticəsində 6 nəfər həlak olub, daha 3 nəfər isə itkin düşüb.
Rio-de-Janeyro ştatına daxil olan bölgədə 4 saat ərzində 200 millimetrdən çox yağıntı düşüb və bu da çayların daşmasına gətirib çıxarıb. Bölgənin 52 yerində torpaq sürüşməsi qeydə alınıb.
Sel nəticəsində küçələri və evlərin həyətlərini su basıb.
Ştatın qubernatoru Klaudiu Kastrunun sözlərinə görə, təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün 180 nəfər çalışır.



