Ukrayna beynəlxalq təşkilatlardan yardım istədi

26

Ukrayna Ali Radası beynəlxalq təşkilatlara müraciət edərək Rusiya qoşunlarını Ukrayna sərhədindən çıxarmağa, müharibə olacağı təqdirdə Kiyevə hərbi yardımın göstərilməsini sürətləndirməyə çağırıb.

mobilmedia.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radası bəyanat yayıb.

“Ukrayna Ali Radası BMT, AŞPA, ATƏT, NATO, xarici dövlətlərin hökumətlərinə və parlamentlərinə müraciət edərək, Rusiyanın Ukrayna ilə sərhəddən və Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərindən hərbi qüvvələrini geri çəkməsinə yardım etməyə çağırır. Ukrayna ətrafındakı dəniz ərazilərində hərbi təlimlərin dayandırılması və beynəlxalq dəniz ticarətinə maneələrin aradan qaldırılmasına da kömək edin”, – bəyanatda deyilir. (axar.az)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin