Dabanoviç “Qarabağ”ın oyununa təyin olundu

32

Avropa Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”ın “Marsel”lə keçirəcəyi ilk oyunun hakimləri açıqlanıb.

mobilmedia.az xəbər verir ki, UEFA Fransadakı qarşılaşmaya Monteneqrodan olan hakimlər briqadasını təyin edib.

Görüşün baş hakimi Nikola Dabanoviçə həvalə olunub. Ona həmyerliləri Milovan Cukiç və Vladan Todoroviç kömək edəcək. Miloş Boşkoviç dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, fevralın 17-də “Velodrom” stadionunda keçiriləcək “Marsel” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin