Bu ölkəni “Avroviziya-2022”də erməni təmsil edəcək

26

Estoniyanı “Avroviziya-2022” beynəlxalq mahnı müsabiqəsində təmsil edəcək ifaçı bəlli olub.

mobilmedia.az xəbər verir ki, o, erməni Stefandır (Stefan Ayrapetyan). Təmsilçi “Avroviziya” səhnəsində “Hope” (Ümid) mahnısı ilə çıxış edəcək.

Qeyd edək ki, Stefan Estoniyanın cənubunda erməni ailəsində doğulub. Məktəbli ikən bir neçə vokal müsabiqəsinin qalibi olub. Stefan, həmçinin “The Masked Singer” layihəsinin Estoniya versiyasının ilk mövsümünün qalibi olub.

“Avroviziya-2022” 10-14 may tarixlərində İtaliyanın Turin şəhərində keçiriləcək. Azərbaycan müsabiqədə iştirakını təsdiqləyib. Təmsilçimiz və müsabiqə mahnımız yaxın zamanda elan olunacaq.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin