ATƏT Avropada ən yüksək müharibə riski elan edib

39

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau bildirib ki, Avropada genişmiqyaslı müharibə riski son 30 ildə ən yüksək həddə çatıb.

mobilmedia.az xəbər verir ki, Zbiqnev Rau Ukrayna ətrafında münaqişənin gərginləşməsinin təkcə insan iztirabları deyil, həm də ciddi siyasi, iqtisadi və hərbi nəticələr demək olduğunu vurğulayıb.

“Avropa təhlükəsizliyi və qlobal təhlükəsizlikdən söhbət gedirsə, biz kritik bir nöqtədəyik. Hazırda Avropada ciddi müharibə riski son 30 ilin ən yüksək səviyyəsidir”, – Rau deyib.

Raunun sözlərinə görə, Rusiya ilə Avropada təhlükəsizlik mövzusunun yeni müzakirəsində fayda görür və bu məsələyə nikbin yanaşır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin