“Abşeron” – “Azərreyl” matçının vaxtı açıqlanıb

33

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında II dövrənin növbəti oyunlarının keçirilmə yeri və vaxtı dəqiqləşib.

mobilmedia.az-ın məlumatına görə, ölkə çempionatının V tur qarşılaşmaları fevralın 8-də və 11-də təşkil olunacaq.

Fevralın 8-də öncə meydana “Abşeron” və “Azərreyl” komandaları çıxacaq. Oyun saat 16:00-da başlayacaq.

Saaat 18:00-da isə “Murov” – UNEC duelinə start veriləcək.

Fevralın 11-də II dövrənin son oyunları keçiriləcək. VI turun ilk qarşılaşması saat 16:00-da “Abşeron” –“Murov” komandaları arasında olacaq.

Dövrəyə “Azərreyl” – UNEC görüşü ilə yekun vurulacaq. Oyunun start fiti saat 18:00-da veriləcək. Hər 2 turun görüşləri Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunacaq.

Qeyd edək ki, pandemiya səbəbindən karantin qaydalarına uyğun keçirilən oyunlara azarkeşlər buraxılmayacaq.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin