Samuxda yol qəzası baş verib

32

Samuxda yol-nəqliyyat hadisəsi baş verib.

mobilmedia.az-ın məlumatına görə, hadisə rayonun İnstitut qəsəbəsi yaxınlığında qeydə alınıb.

Hərəkətdə olan “NİVA” ilə VAZ-2106 markalı minik avtomobilləri toqquşub.

Qəzadan sonra avtomobillərdən biri yol kənarındakı yanacaqdoldurma məntəqəsinə çırpılıb. Nəticədə məntəqəyə ziyan dəyib. Qəza zamanı ölən və xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin