Ermənistanın Prezident Administrasiyasının yeni rəhbəri məlum oldu

34

David Arakelyan Ermənistanın Prezident Administrasiyasının yeni rəhbəri olub.

mobilmedia.az xəbər verir ki, bununla bağlı müvafiq sərəncam müvəqqəti prezident – parlamentin spikeri Alen Simonyan imzalayıb.

Prezident Administrasiyasının keçmiş rəhbəri Emil Tarasyan yanvarın 23-də Armen Sarkisyanın ardınca istefa verib.

Fevralın 1-də prezident Armen Sarkisyanın səlahiyyətlərinə yanvarın 23-də istefasından sonra rəsmən xitam verilib. Vətəndaş Müqaviləsi partiyası yüksək texnologiyalar sənayesi naziri Vaaqn Xaçaturyanı prezidentliyə yeni namizəd kimi irəli sürüb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin