Hacıqabulda 13 yaşlı uşağı avtomobil vurub

31

Hacıqabul rayonunun Cəngən kəndində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

mobilmedia.az-ın məlumatına görə, “Mercedes” markalı avtomobil kənd sakini, 2009-cu il təvəllüdlü Qocayev Əli Teymur oğlunu vurub.

13 yaşlı Ə.Qocayev ağır kəllə-beyin travması ilə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin