Qırğızıstan-Tacikistan sərhədində gərginlik: 1 ölü, 5 yaralı

30

Qırğızıstanla sərhəddə münaqişə zamanı Tacikistanın beş vətəndaşı yaralanıb, biri ölüb.

mobilmedia.az xəbər verir ki, bu barədə Tacikistanın ASIA-Plus media qrupu məlumat yayıb.

“Somoniyon kəndində münaqişə zamanı güllə yarası ilə yaralananların sayı 5 nəfərə çatıb, onlardan ikisi hərbçi, üçü mülki şəxsdir”, – məlumatda deyilir.

Yaralıların vəziyyəti stabildir. Onlar İsfara Şəhər Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər.

Tacikistan-Qırğızıstan sərhədinin insident baş verən hissəsində yaranan gərginliklə əlaqədar Tacikistan sərhədçiləri gücləndirilmiş növbətçi rejimə keçirilib. Hər iki tərəfin yerli hakimiyyət orqanlarının nümayəndələri münaqişə vəziyyətinə son qoymaq üçün bütün tədbirləri görürlər.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin