İstanbula aviareyslər sabah yerinə yetiriləcək

26

İstanbul hava limanından alınan rəsmi məlumata əsasən, güclü qar səbəbindən yanvarın 26-sı saat 00:00-a qədər (İstanbul vaxtı ilə) hava limanının fəaliyyəti dayandırıb.

mobilmedia.az xəbər verir ki, bu barədə AZAL-dan bildirilib. Bununla əlaqədar olaraq, həm Bakı-İstanbul, həm də İstanbul-Bakı marşrutu üzrə AZAL-ın bütün planlaşdırılmış reyslərinin yerinə yetirilməsi sabah günün birinci yarısına keçirilib.

Bütün sərnişinlərimizdən yenilənmiş məlumatları aviaşirkətin çağrı mərkəzində, AZAL-ın İstanbul nümayəndəliyində, KİV vasitəsilə və “Azərbaycan Hava Yolları”nın rəsmi sosial şəbəkə səhifələrində almalarını xahiş edirik.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin