Şuşaya biletlərin hamısı satılıb

24

Yanvar 29 və 30-u tarixlərində Bakı – Şuşa – Bakı istiqamətində hərəkət edəcək marşurut avtobusu üzrə bütün biletlər artıq satılıb.

mobilmedia.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib. Bildirilib ki, Şuşaya getmək istəyən şəxslər Əhmədbəyli təyinat nöqtəsindən də bilet alıb gedə bilərlər:

“Əhbədbəyli-Şuşa-Əhmədbəyli istiqamətində bilet satışı davam edir. Şuşaya bu həftə getmək istəyənlər Füzuliyə gedib, oradan marşurutla gedə bilərlər”.

Nazirlikdən bildirilib ki, Ağdam istiqamətində bilet satışı hələ davam edir.

Qeyd edək ki, Bakı-Şuşa-Bakı üzrə biletin qiyməti 10,4 manat, Bakı-Ağdam-Bakı üzrə biletin qiyməti 9,4 manat, Əhmədbəyli-Şuşa-Əhmədbəyli üzrə biletin qiyməti 7, manat, Bərdə-Ağdam Bərdə üzrə biletin qiymətyi isə 7 manat olacaq.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin