
Afrika Kubokunda 1/8 finalın Kamerun-Komor adaları görüşündən öncə yaranmış izdiham nəticəsində ən azı yeddi nəfər həlak olub.
mobilmedia.az xəbər verir ki, ölənlərin sayının artması istisna edilmir. Təxminən 40 nəfərin hadisə zamanı xəsarət alaraq xəstəxanalara çatdırıldığı bildirilir.
Qeyd edək ki, görüşdə Kamerun millisi 2:1 hesabı ilə qələbə qazanıb.



