Çingiz Hüseynzadə yenidən federasiya prezidenti seçilib

31

Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə növbəti müddətə Azərbaycan Atletika Federasiyasının (AAF) prezidenti seçilib.

mobilmedia.az xəbər verir ki, bu barədə MOK-dan məlumat verilib.

Toplantıda qurumun İcraiyyə Komitəsinin yeni tərkibi də müəyyən olunub. Firat Hüseynov AAF-a vitse-prezidenti, Məhərrəm Sultanzadə isə baş katib seçilib.

Qeyd edək ki, Çingiz Hüseynzadə 1996-cı ildən Azərbaycan Atletika Federasiyasına rəhbərlik edir.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin