Qəbələdə yol qəzası: 1 ölü

26

Qəbələ rayonunda avtomobil gənc oğlanı vuraraq öldürüb.

mobilmedia.az-ın məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Mirzəbəyli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 1986-cı il təvəllüdlü Eldəniz İsmayılovun idarə etdiyi “Toyota” markalı avtomobil piyada, 2000-ci il təvəllüdlü İsmayıl Adıgözəlovu vuraraq öldürüb.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin