
“2022-ci ildə can sağlığı və ən əsası sevgi, yenə sevgi, eşq diləyirəm. Dünyanı idarə edən sevgidir”.
mobilmedia.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Kazımova “Səhər mərkəzi” proqramında deyib. Müğənni 2022-ci illə bağlı arzusunu bölüşüb.
Kazımova daha sonra “Güzgüyə baxanda deyirəm ki, efirdə daha qəşəng görünürəm. Düşünürəm efirdə daha yaxşıyam. Güzgüm məni qəşəng göstərmir” sözlərini əlavə edib.



