
Kiyevin Peçersk Məhkəməsi Avropa Həmrəyliyi Partiyasının sədri və keçmiş dövlət başçısı Pyotr Poroşenkonun bütün aktivlərinə və əmlakına həbs qoyub.
mobilmedia.az xəbər verir ki, bu qərar prokurorluğun müraciəti əsasında siyasətçinin bütün əmlakına və aktivlərinə həbs qoyulması ilə bağlı qəbul edilib.
Poroşenko dövlətə xəyanətdə şübhəli bilinir. Dekabrın 17-də Dövlət Təhqiqatlar Bürosu bildirib ki, Poroşenko işğal olunmuş ərazilərdən kömür tədarükü ilə bağlı cinayət sxemi işində ona çağırış vərəqəsi verməyə cəhd edən müstəntiqlərə məhəl qoymayıb. Həmin gün Poroşenkonun ölkəni tərk etdiyi məlum olub. Daha sonra, o bildirib ki, 17 yanvarda Ukraynaya qayıdacaq.



