“Flora Kərimova dedi ki, bunu etmə, qeyri-peşəkar görsənir”

30

“Hər qadın kimi, alış-verişi sevirəm. Heç də baha olmayan bir şeyi alıb, onu yaxşı təqdim etmək lazımdır. O qədər baha geyinib, heç bir şeyi təqdim edə bilməyənlər var ki…”.

mobilmedia.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Zülfiyyə Xanbabayeva “Səhər mərkəzi” proqramında deyib. Müğənni “Geyimlərinizə çox pul xərcləyirsiniz” sualını cavablandırıb. O bildirib ki, çox alış-veriş etməyi sevir.

Xanbabayeva Xalq artisti Flora Kərimovanın ona məsləhətini açıqlayıb:

“Filmləri çəkiləndə deyirdim soyuqdur, gedirəm. Flora Kərimova çəkib kənara dedi ki, etmə bunu, kənardan qeyri-peşəkar gösənir. Baxıram, Flora xanım oturub, demir mənə soyuqdur. Təranə Muradova, Afaq Məlikova da mənə deyirdi ki, inildəmə, işə gəldin soyuğu, aclığı unut”.

Gənc ifaçılardan söz açan müğənni “Gözəl gənclərimiz var, sadəcə oxuduqları musiqi… Trenddə başqa şeylər var” sözlərini söyləyib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin