
“Azərbaycanda 110-a yaxın vəkil bürosu fəaliyyət göstərir”.
mobilmedia.az-ın xəbərinə görə, bunu Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov jurnalistlərə açıqlamasında deyib.
“Ölkə üzrə vəkil qurumları yaranıb və hazırda fəaliyyətini davam etdirir. Azərbaycan vəkilliyi inamla inkişaf edir. Hesab edirəm ki, ildən-ilə vəkillərin və vəkil qurumların sayı daha da artacaq”, – o vurğulayıb. (report)




