
“Yaxın vaxtlarda lirənin məzənnəsinin sabitləşməsinə nail olunacaq”.
mobilmedia.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan maliyyə sisteminin gücləndirilməsi istiqamətində görülən tədbirlərdən danışarkən deyib.
Onun sözlərinə görə, ölkədə milli valyutada əmanətlərin həcmi artır:
“Müvafiq dövlət proqramının qəbulundan sonra türk lirəsindəki əmanətlər 23,8 milyarddan çox artıb və sürətlə böyüməkdə davam edir. Ölkə hakimiyyəti süni qiymət artımı və spekulyasiyaya qarşı qətiyyətli mübarizə aparacaq”.



