İranda avtomobillər toqquşub: 10 ölü, 5 yaralı

26

İranın cənub-qərbində yerləşən Xuzistan əyalətində 5 avtomobilin iştirakı ilə baş verən avtomobil qəzası nəticəsində 10 nəfər ölüb, 5 nəfər yaralanıb.

mobilmedia.az xəbər verir ki, bu barədə polkovnik Reza Dövlətşahi məlumat verib.

Onun sözlərinə görə, hadisə Əhvaz-Xürrəmşəhr avtomobil yolunda baş verib.

Bildirilib ki, fəhlələri aparan avtobus, bir yük maşını və 3 minik avtomobili toqquşub. Nəticədə 10 fəhlə ölüb, 5-i yaralanıb.

Hadisə yola xırda buynuzlu heyvanların çıxması səbəbindən baş verib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin