“Boşanmalara sosial şəbəkələr təsir edir”

29

“Azərbaycanda boşanmaların böyük əksəriyyətinə təsir edən amil sosial şəbəkələrdir”.

mobilmedia.az xəbər verir ki, bunu deputat Fazil Mustafa “Azərbaycanda mövcud ailə münasibətləri” ilə bağlı keçirilən tədbirdə deyib.

O bildirib ki, qapalı mühitdən çıxan insanlar açıq mühitdə özlərini ifadə etməkdə çətinlik çəkir: “Amma bu sosial şəbəkənin günahı deyil ki. Biz sosial şəbəkədə mədəniləşmə amilini inkişaf etdirə bilmədik. Sosial şəbəkələrdə dedi-qodu ilə məşğul olan insanların sayı çoxalıb. Bu sahədə texnologiyanın imkanlarını məhv etmişik”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin