
Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, hadisə Kərgəlan kəndində qeydə alınıb.
Belə ki, “Mercedes” markalı minik avtomobili yol kənarındakı işıq dirəyinə çırpılıb.
Hadisə yerinə FHN-in Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri cəlb olunub.
Xilasedicilər sıxılı vəziyyətdə qalan sürücü 2000-ci il təvəllüdlü Rzayev Qadir Qəhrəman oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.



