
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
mobilmedia.az-ın məlumatına görə, hadisə Nizami rayonunda qeydə alınıb. Belə ki, iki avtomobil toqquşub. Hadisə nəticəsində 2000-ci il təvəllüdlü Cəfərov Firudin Elxan oğlu və 2002-ci il təvəllüdlü Cəfərov Məmmədağa Əlifağa oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.



