Ermənistanda hərbi hissədə silahlı insident: 1 ölü, 2 yaralı

22

Ermənistanda hərbçi əsgər yoldaşını güllələyərək öldürüb.

mobilmedia.az xəbər verir ki, məlumatı ölkənin Müdafiə Nazirliyi yayıb.

Hadisə Ermənistanın cənubunda yerləşən hərbi hissələrdən birində baş verib.

Kimliyi açıqlanmayan əsgərin açdığı atəş nəticəsində 2002-ci il təvəllüdlü Senik Arzumanyan ölüb, daha 2 hərbçi yaralanıb.

Hadisənin təfərrüatı araşdırılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin