“Instagram” bu funksiyanı geri qaytarır

32

“Instagram”ın rəhbəri Adam Mosseri sosial şəbəkədəki yazıların alqoritmik deyil, xronoloji lentini qaytaracağına söz verib.

mobilmedia.az xəbər verir ki, Mosserinin sözlərinə görə, funksiya 2022-ci ilin birinci rübündə işə salınacaq. Sosial şəbəkənin rəhbəri əlavə edib ki, istifadəçilərə seçim hüququ verilir. Onlar yeni versiyaya keçə və ya köhnə versiyada qala bilərlər.

Bundan əlavə, “Instagram” “seçilmişlər” funksiyasını əlavə edəcək. O, xəbər lentində ilk olaraq göstəriləcək profilləri seçməyə imkan verəcək.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin