
Amerikalı aktyor Ben Afflek pop-ulduz Cennifer Lopeslə bərabər olmağı həyatının ən gözəl qərarlarından biri olduğunu etiraf edib.
mobilmedia.az xəbər verir ki, bu barədə o, “WSJ.Magazine” nəşrinə danışıb. Afflek və Lopes 18 ilə yaxın əvvəl münasibətlərinə son qoyub, bu il isə yenidən görüşməyə başlayıblar.
49 yaşlı aktyor deyib ki, bir vaxtlar ailə həyatı qurmaq istədiyi 51 yaşlı müğənni ilə yenidən bir araya gəlməsi həyatında etdiyi ən yaxşı şey olub: “Hərdən düşünürəm ki, böyük sevgi tarixçəmi bütün dünya ilə bölüşə bilərəm. Həqiqətən, bu, gözəl qərar idi – sevdiyin qadının yanına geri dönmək. Və mən deyə bilərəm ki, ikinci dəfə bizim münasibətlərimiz daha yaxşı oldu, çünki biz indi daha təcrübəliyik”.
Afflek, həmçinin qeyd edib ki, ikinci şansından yararlana bildiyi üçün özünü xoşbəxt biri hesab edir: “Çox şanslıyam, axı bilirəm ki, bəzi insanlar kiminləsə münasibət qurmaq üçün hətta birinci şansı almır. Keçmiş münasibətlərimin uğursuzluqları üzərində düşünmək üçün bu dəfə yetərincə vaxtım var”.



