Azərbaycan Cüdo Federasiyasına yeni baş katib təyin edilib

26

Azərbaycan Cüdo Federasiyasına (ACF) yeni baş katib təyin olunub.

mobilmedia.az-ın məlumatına görə, ACF İcraiyyə Komitəsi bu vəzifəni Rəşad Rəsulluya həvalə edib. O, yeni vəzifədə Elmar Babanlını əvəzləyib.

Qeyd edək ki, Rəşad Rəsullu Azərbaycan Dövlət İqtisad Universitetində “Beynəlxalq iqtisadi münasibətlər” ixtisası üzrə bakalavr və magistr təhsili alıb. Əmək fəaliyyətinə Mərkəzi Bankda başlayan R.Rəsullu karyerası dövründə ölkə daxilində və xaricində müxtəlif qurumlarda aparıcı və rəhbər vəzifələrdə çalışıb, idarəetmə sahəsində böyük təcrübəyə malikdir.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin