Karantinə alınan futbolçuların maaşları kəsiləcək

25

Almaniyanın “Bayern” klubunun futbolçuları Serj Qnabri, Camal Musiala, Erik Şupo-Motinq və Mikael Kyuizans koronavirusa yoluxan şəxslə təmasda olduqları üçün karantinə alınıblar.

mobilmedia.az xəbər verir ki, Münhen təmsilçisinin rəhbərliyi karantində olan və koronavirusa qarşı peyvənd olunmayan futbolçuların maaşlarından pul tutacaq. Bu barədə “Bild” nəşri məlumat yayıb.

“Bayern” rəhbərliyi futbolçularının məvacibindən kəsəcək. Onların karantində olduqları müddət hesablanacaq və maaşlarından çıxılacaq.

Almaniya hökumətinin qərarına görə, peyvənd olunmayan və koronavirusa görə karantinə alınan şəxslər hökumətə pul ödəməlidir.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin