Saakaşvili reanimasiyaya yerləşdirilib

28

Gürcüstan Penitensiar Xidməti huşunu itirərək yıxılan eks-prezident Mixail Saakaşvilinin səhhəti ilə bağlı məlumat yayıb.

mobilmedia.az xəbər verir ki, məlumata görə, Saakaşvilinin vəziyyəti stabildir və vəkili Nika Qvaramiya onun yanındadır.

Qvaramiya isə jurnalistlərə açıqlamasında bildirib ki, Saakaşvili reanimasiyaya yerləşdirilib. Reanimatoloqun sözlərinə görə, eks-prezidentin təzyiqi 180-ə qalxıb.

Həkimlər qrupu Saakaşvilinin vəziyyəti pisləşdikdən sonra səhiyyə naziri Yekaterina Tkaradze ilə görüşə yollanıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin