
Finlyandiya alimləri uzunmüddətli araşdırmalar nəticəsində depressiya ilə mübarizə aparmağa kömək edən qidaların siyahısını tərtib ediblər.
mobilmedia.az xəbər verir ki, bu qidalara aşağıdakılar daxildir:
– Meyvə-tərəvəz (xüsusilə sarı, qırmızı və narıncı rəngdə olanlar – balqabaq, portağal, naringi, alma, ərik və ərik qurusu, bolqar bibəri, çuğundur, kök, banan və s.)
– Giləmeyvələr
– Balıq və digər dəniz məhsulları
– Ədviyyatlar (xüsusilə hil, cövüz, darçın)
– Qəhvə, şokolad, kakao
– Paxlalılar (noxud, lobya, mərci).
Əksinə qırmızı ət, sosis, kolbasa kimi qidaları depressiya zamanı yemək tövsiyə edilmir. Belə hesab olunur ki, bu qidalar depressiyanı daha da ağırlaşdıra bilər.



