“Twitter” kriptovalyutalar üzrə bölmə yaradıb

36

“Twitter” sosial şəbəkəsi blokçeyn, kriptovalyuta, mərkəzləşdirilməmiş tətbiqlər və DeFi (Decentralization Finance) həllərinin hazırlanması üzrə bölmə yaradıb.

mobilmedia.az xəbər verir ki, “Twitter Crypto” adlanan yeni bölməyə “Tendermint Core” protokolunun hazırlanmasında, həmçinin “Chain.com” və “Cosmos” layihələrində iştirak etmiş Tess Rinearson rəhbərlik edəcək.

Bölmənin prioritet vəzifəsi ödənişlər, kontent yaradıcılarının kriptovalyuta qazanmaq vasitələri və şəbəkənin mərkəzləşdirilməməsi olacaq.

“Twitter” artıq bitkoində ianələr qəbulu opsiyasını əlavə edib və NFT (Non-fungible Token) identifikasiyanın anonsunu verib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin