Boksçumuz dünya çempionatının finalında

32

Azərbaycan boksçusu Alfonso Dominqes Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında finala yüksəlib.

mobilmedia.az-ın məlumatına görə, 86 kq çəki dərəcəsində mübarizə aparan Avropa Oyunlarının qalibi yarımfinalda kubalı Ruis Kordobanı məğlub edib.

Asif Axundov klubunun üzvü gərgin keçən döyüşü 4:1 (30:27, 29:28, 30:27, 29:28, 30:27) hesabı ilə aktivinə yazıb. Alfonso sabah baş tutacaq həlledici qarşılaşmada braziliyalı Keno Maçadonu sınağa çəkəcək.

Bu gün baş tutacaq yarımfinallarda millimizin daha 2 üzvü rinqə çıxacaq.

Qeyd edək ki, AİBA bayrağı altında çıxış edən Tavfiqulla Suleymanini, ardınca rumıniyalı Pol Aradoaeni mübarizədən kənarlaşdıran Alfonso 1/4 finalda rusiyalı Şarabutdin Atayevə qalib gəlib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin