Kürdəmirdə yol qəzası: xəsarət alanlar var

25

Kürdəmir rayonunda yol qəzası baş verib.

mobilmedia.az xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Əzimli kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, rayonun Qarasaqqal kənd sakini Əhmədov Emin Şövqü oğlunun idarə etdiyi ”VAZ-21015” markalı avtomobil “ZİL” markalı yük maşınına çırpılıb. Nəticədə E.Əhmədov və onun sərnişini, rayonun Yenikənd kənd sakini, 22 yaşlı Həmzəyev Elmir Mehman oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatalogiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin