Bakıda daha bir məktəb koronavirusa görə bağlanıb

51

Bakının 73 nömrəli tam orta məktəbin fəaliyyəti 2 həftəlik distant təhsil formasında davam etdiriləcək.

mobilmedia.az xəbər verir ki, bu barədə  Bakı şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, məktəbin 3 şagirdi və 5 müəllimi COVID-19 infeksiyasına yoluxub: “Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 73 nömrəli tam orta məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin