Azərbaycan – Malta oyununun hakimləri müəyyənləşib

30

Qadınlardan ibarət Azərbaycan milli komandasının evdə Malta ilə keçirəcəyi dünya çempionatının seçmə oyunu üçün təyinatlar açıqlanıb.

mobilmedia.az-ın məlumatına görə, qarşılaşma Macarıstandan olan hakimlər briqadasına tapşırılıb.

Baş hakim Reka Molnara Katalin Török və Noemi Hegedus-Barat yan xətt, Reka Boqnar isə dördüncü hakim qismində yardımçı olacaq.

Qeyd edək ki, oktyabrın 26-da “ASK Arena”da keçiriləcək Azərbaycan – Malta qarşılaşması saat 18:00-da başlanacaq.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin