
Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) polislə birlikdə ölkənin şərqindəki Van əyalətində keçirdiyi əməliyyat nəticəsində İranın casus şəbəkəsi ifşa edilib.
mobilmedia.az report.az-a istinadən bildirir ki, əməliyyat zamanı səkkiz nəfər, o cümlədən İranın xüsusi xidmət orqanlarının iki casusu saxlanılıb.
Bildirilir ki, qrup üzvləri keçmiş İran hərbçisini qaçaqmalçılıq yolu ilə vətənə aparmaq istəyərkən ələ keçirilib.



