AFFA İntizam Komitəsinin qərarları bəlli olub

27

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

mobilmedia.az xəbər verir ki, toplantıda aşağıdakı qərarlar qəbul edilib:

Premyer Liqanın VI turunun “Zirə” – “Sumqayıt” oyununda meydança vaxtında sulanmadığı üçün meydan sahibi klub 800 manat cərimə olunur.

“Keşlə” – “Sabah” oyununda “Sabah” klubunun bəzi rəsmi şəxsləri “A” buraxılış vərəqəsindən istifadə etmədiyinə görə klub 800 manat cərimə olunur. Klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur. Mətbuat konfransı zamanı “Sabah” klubunun baş məşqçisi Ramin Quliyev hakimlərin idarəçiliyinə qarşı iradlarla çıxış etdiyinə görə kluba xəbərdarlıq edilsin.

I Divizionun III turunun “Keşlə-2” – “Qəbələ-2” oyununda “Keşlə-2” klubunun qapıçısının formasında qüsur olduğundan oyunun ikinci hissəsi gec başlandığı üçün klub 80 manat cərimə olunur.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin