28 May – Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü elan edilir

30

Azərbaycanda mayın 28-i Müstəqillik Günü və oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü hər il bayram kimi qeyd ediləcək.

mobilmedia.az xəbər verir ki, bu, “Müstəqillik Günü haqqında” qanun layihəsində əksini tapıb.

İndiyə qədər Azərbaycanda mayın 28-i Respublika Günü kimi qeyd edilirdi. Yeni qanun layihəsinə əsasən, 28 May – Respublika Gününün adı dəyişdirilir və bundan sonra mayın 28-i Müstəqillik Günü kimi qeyd ediləcək.

Qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçiriləcək iclasında müzakirə olunacaq.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin