Qaydaları pozan toy təşkilatçısı cərimələndi

29

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən yoxlamalar zamanı fərdi evdə təşkil edilən toy mərasimində karantin qaydalarının pozulduğu aşkarlanıb.

mobilmedia.az-ın məlumatına görə, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, rayonun Danaçı kəndində Dibir Həsənova məxsus evin həyətyanı sahəsində keçirilən toy mərasimində iştirak edən qonaqlardan bəzilərinin COVID-19 pasportu olmadığı müəyyən edilib.

Aşkarlanmış qayda pozuntuları ilə əlaqədar toyun təşkilatçısı D.Həsənov inzibati məsuliyyətə cəlb olunaraq 400 manat cərimələnib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin