Bakıda zirzəmidə qadın meyiti aşkarlanıb

29

Səbail rayonu B.Sərdərov küçəsi, ev 8 ünvanının zirzəmisində tufeyli həyat tərzi sürən naməlum şəxsin (qadın) meyiti aşkar edilib.

mobilmedia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

İlkin araşdırmalar zamanı onun şəxsiyyətinin müəyyən edilməsi mümkün olmayıb. Həmin şəxsin meyiti aşkar edilməzdən əvvəl şəhərin müxtəlif yerlərində müşahidə kameraları ilə görüntüləri də qeydə alınıb.

“Şəxsiyyəti istintaqa məlum olmayan, şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə, həmçinin Səbail Rayon Polis İdarəsinə və 9-cu Polis Bölməsinə (012) 492-02-02, (012-492-53-69), (012-437-02-02) telefon nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur”, – mətbuat xidmətindən bildirilib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin