
Türkiyəli məşhur müğənni İbrahim Tatlısəs ilə keçmiş həyat yoldaşı Ədalət Sara arasında qalmaqal yaşanıb.
mobilmedia.az Şərq-ə istinadən xəbər verir ki, Ə.Sara “Üç uşağımın da toyuna gəlmədi, onlarla heç vaxt maraqlanmadı” açıqlaması ilə eks-həyat yoldaşına irad bildirib. Müğənni keçmiş xanımının ittihamlarına sosial şəbəkə hesabında cavab verib: “Geri döndüm, ipimdən yapışanlar çoxalıb. Amma o ipi kəssəm, hamısı yerə çırpılacaq. Xəbərdarlıq edirəm”.



