Gədəbəydə avtomobil aşıb: xəsarət alanlar var

25

Gədəbəydə bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

mobilmedia.az-ın məlumatına görə, hadisə “Söyüdlü yolu” adlanan ərazidə qeydə alınıb.

Belə ki, “UAZ” markalı avtomobil idarəetmədən çıxaraq, dərəyə aşıb. Qəza nəticəsində azı 4 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya aparılıblar.

Faktla bağlı araşdırmalara başlanılıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin