
Britaniyalı rejissor Ridli Skott 2000-ci ildə ərsəyə gətirdiyi “Qladiator” filminin davamını çəkəcək.
mobilmedia.az xəbər verir ki, bu barədə o, “Empire” jurnalına müsahibəsində bildirib.
““Qladiator”un ssenarisini artıq yazırlar”, – rejissor deyib.
Skott ekran işinin çəkilişlərinə fransız sərkərdə və imperatoru Napoleon Bonapartın (1769-1821) həyatı haqda çəkdiyi “Kitbag” filmi üzərində işini bitirdikdən sonra başlayacaq.
Napoleon haqda filmin təqdimatı 2023-cü ilə planlaşdırılıb.



